Gəncədə avtomobil maneə çırpıldı, 2 nəfər ağır xəsarət aldı

 10:53 03.09.2023     300

Gəncədə avtomobil maneə çırpılıb, 2 nəfər ağır xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil Şah İsmayıl Xətai prospektində idarəetmədən çıxaraq yol kənarındakı dəmir darvazaya çırpılıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1995-ci il təvəllüdlü Sadiqi Elvin və onun həmyaşıdı Qurbanov Şamxal müxtəlif bədən xəsarətləri alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Ş.Qurbanovun boyun fəqərələri, E.Saqidinin isə qabırğaları sınıb. Hər iki şəxsin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır (report).