Ələt-Astara avtomobil yolunda qəza oldu, yaralananlar var

 15:02 03.09.2023     436

Ələt-Astara avtomobil yolunda qəza olub, yaralananlar var.

Redaktor.az xəbər verir ki, hadisə yolun 105-ci km-də qeydə alınıb.

Belə ki, "Nissan" markalı minik avtomobili maneəyə çırpılıb.

Hadisə yerinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilləri cəlb olunub. Hazırda yaralanan 4 nəfər xəstəxanaya aparılır. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır (report).