Cəlilabadda "KamAZ" aşıb, ölən var

 17:30 03.09.2023     511

Cəlilabadda "KamAZ" aşıb, ölən var.

Redaktor.az "report"a istinadla xəbər verir ki, hadisə rayonun Ləkin kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Söhbət Məmişov idarəetdiyi "KamAZ" markalı yük avtomobilini aşırıb.

Daha sonra onun meyiti avtomobildən çıxarılıb. İlkin məlumata görə, o, ürəktutmasından vəfat etdikdən sonra qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.