Ucarda əmioğlular arasında baş verən mübahisə qanla bitdi

 20:14 03.09.2023     1073

Ucar rayonunda əmioğlular arasında baş verən mübahisə qanla bitib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qazyan kəndində baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü Daşqın Ağasəf oğlu Abdullayev qonşuluğunda yaşayan əmisi oğlu, 1991-ci il təvəllüdlü Əbülfəz Ağahüseyn oğlu Hüseynli ilə aralarında baş vermiş münaqişə nəticəsində sonuncuya bıçaqla ağır xəsarət yetirib.

Zərərçəkən Ə. Hüseynli Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən