Suraxanıda 18 yaşlı gənci avtomobil vurdu

 23:47 03.09.2023     322

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "report"a istinadla xəbər verir ki, avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Rzayev Toğrul Taleh oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.