Evində intihar etdi

 15:01 04.09.2023     430

Paytaxtın Xətai rayonu, Həbibov küçəsində mənzillərin birində intihar hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Gündüz Əlizadə Namik oğlu ailəsi ilə birgə yaşadığı ünvanda həyatına qəsd edib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, əvvəllər mühafizə polisində polis nəfəri kimi xidmət edib. Bir müddət bundan əvvəl öz raportu əsasında xidmətdən xaric edilib. 

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.