Ötən gün 45 yanğına çıxış olub

 13:37 05.09.2023     226

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 45 halda yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla dörd nəfər xilas edilib, yanğın zamanı 4 nəfər təxliyə olunub. Həmçinin Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Bulaqotağı kəndindən keçən hissəsində batan bir nəfərin cəsədi tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.