Bələdiyyə sədri xəstəxanada vəfat etdi

 22:02 05.09.2023     341

Salyanda bələdiyyə sədri ölüb.

Redaktor.az xəbər verir ki, rayonun Şorsulu kənd bələdiyyəsinin sədri Famil Məmmədov bu gün axşam saatlarında Şirvan Şəhər Mərkəzi xəstəxanasında vəfat edib.

Yaxınlarının dediyinə görə, mədəaltı vəzisinin şişməsi onun şəkərini qaldırıb.

Qeyd edək ki, Famil Məmmədov 1978-ci ildə rayonun Şorsulu kəndində doğulub. 8 ildir ki kənd bələdiyyəsinin sədri vəzifəsində işləyirdi (report).