Sumqayıtda zavodda fəhlə öldü

 13:22 06.09.2023     316

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodda bədbəxt hadisə baş verib.

Redaktor.az “qafqazinfo”ya istinadla xəbər verir ki, sulfanol zavodunda fəhlə işləyən 1996-cı il təvəllüdlü Elşən Quliyevi cərəyan vurub. O, hadisə yerində vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.