AQTA əməkdaşları ağır qəzaya düşdü - Ölən və yaralananlar var

 15:13 07.09.2023     359

Bərdə-Tərtər yolunda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, yolun Sarıcalı kəndindən keçən hissəsində “VAZ 2106” və “Opel” markalı minik avtomobilləri toqquşub. Nəticədə “VAZ 2106”da olan sərnişin, Ağdam  sakini 24 yaşlı Kənan Novruzov hadisə yerində həyatını itirib. Daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı həyatını itirən və xəsarət alan şəxslər Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin əməkdaşlarıdır. Onlar Tərtərdən monitorinqdən qayıdarkən qəzaya düşüblər.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.