Abşeronda avtomobillər toqquşdu, xəsarət alanlar var

 23:38 07.09.2023     361

Abşeron rayonunun Novxanı kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "report"a istinadla verir ki, “Hyundai Tucson” və “Volkswagen Passat” markalı avromobillərin toqquşması nəticəsində 2 nəfər – “Hyundai Tucson”un sürücüsü Murad Səidli və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hadisənin səbəbi araşdırılır.