Biləsuvarda yeniyetmə atasını öldürdü

 23:52 07.09.2023     340

Biləsuvarda qətl hadisəsi baş verib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Oktay Balaqardaş oğlu Soltanov yaşadıqları mənzildə övladı tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Atasını öldürdüyü deyilən oğul 16 yaşlı məktəblidir. Hadisəyə ailədaxili münaqişənin səbəb olması bildirilir.

Faktla bağlı araşdırma aparılır.