Dələduzluqla 77 min manatlıq tərəvəz alan şəxslər saxlanıldı
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində iyulun 26-da bir nəfəri aldadaraq 77000 manat dəyərində tərəvəz məhsulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əvəz Kərimov və Sərxan Hüseynov müəyyən olunaraq saxlanılıblar.
Bu barədə Redaktor.az-a DİN-dən bildirilib.
“Araşdırma aparılır”, - məlumatda qeyd olunub.