Paytaxtda yol qəzası zamanı bir nəfər xəsarət aldı

 23:52 08.09.2023     652

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, qəza Sabit Orucov küçəsində qeydə alınıb.

Hadisədə iki minik avtomobili toqquşub.

Xəsarət alan bir nəfərə əraziyə çağırılan təcilli tibbi yardım avtomobilində yardım göstərilib.

Hadisənin təfərrüatı araşdırılır.