Əməkdar müəllim qəfil vəfat etdi - FOTO

 00:18 09.09.2023     669

Astara rayon Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəb-liseyinin kimya-biologiya müəllimi Şabala Əliyev bu gün vəfat edib.

Redaktor.az xəbər verir ki, 66 yaşında vəfat edən əməkdar müəllimin ölümünə səbəb qəfil infarkt keçirməsi olub.

Qeyd edək ki, Şabala Şəfəqqət oğlu Əliyev 23 avqust 1957-ci ildə Astara rayonunun Pensər kəndində dünyaya gəlib. O, 1983-cü ildən müəllimlik fəaliyyəti ilə məşğul olurdu. Əməkdar müəllimin bir çox savadlı kadrın yetişməsində müstəsna rolu olub (metbuat.az).

Bir 5 nəfər və mətn şəkili ola bilər