Salyanda betonqarışdıran maşın 82 yaşlı qadını vuraraq öldürdü

 13:33 10.09.2023     483

Salyanda betonqarışdıran yük maşını 82 yaşlı qadını vuraraq öldürüb.

Redaktor.az "report"a istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 1941-ci il təvəllüdlü Süleymanova Rəxşəndə Firudin qızı yolu keçən zaman betonqarışdıran yük maşını onu vurub.

Qadın aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən