Qubada üç maşın toqquşdu, iki nəfər öldü

 22:03 10.09.2023     503

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alakseyevka kəndi ərazisində qeydə alınıb.

Qəzada üç maşın toqquşub, hadisədən sonra avtomobillərdən biri alışıb.

İlkin məlumata görə, iki nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən