İsmayıllıda bıçaqlanmış kişi öldü

 09:26 11.09.2023     214

İsmayıllı rayonunda bıçaqlanmış kişi ölüb.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Belə ki, sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Cəfərov Ramin Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq bir gün sonra ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Sadayev Şakir Ağasəməd oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.