Ziya Bünyadov prospektində qəza oldu, yolda sıxlıq yarandı

 17:42 11.09.2023     303

Paytaxtın Ziya Bünyadov prospekti, "Çermet" körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.

Vumart və Güvən reklamı Vumart Güvən