Bakıda inzibati binada yanğın oldu, 50 nəfər təxliyə edildi

 19:11 11.09.2023     341

Bakıda dördmərtəbəli inzibati binada yanğın olub, 50 nəfər təxliyə edilib.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Qaradağ rayonunda dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət otaqlar 200 m² sahədə və 2-ci mərtəbəsində 1 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 50 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən