Gəncədə zəncirvari qəza baş verdi, xəsarət alan var

 23:58 11.09.2023     327

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobilin sürücüsü "Opel"i ötmək istəyərkən hərəkətdə olan motosikletə çırpılıb. Sonuncu aşaraq yol kənarında dayanan "Hyundai" markalı maşına dəyib. Hadisə zamanı motosıkletin sürücüsü 1984-cü il təvəllüdlü Anar Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.