Zaqatalada narkotacir şəxs saxlanıldı

 14:36 12.09.2023     457

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində külli miqdarda narkotik vasitə daşıyan Gəncə şəhər sakini Vidadi Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni Gəncə şəhərindən Zaqatalaya satmaq məqsədilə gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.