Binə qəsəbəsində mebel salonu yandı

 23:59 12.09.2023     330

Bakının Xəzər rayonununda mebel mağazasında yanğın baş verib

Redaktor.az xəbər verir ki, qəsəbənin Əli İsazadə küçəsində yerləşən 3 mərtəbəli mebel satış mağazasının birinci mərtəbəsində yanğın baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çağırılıb və yanğın söndürülüb.

Qeyd edək ki, yanğın təqribən 150 km. ərazini əhatə edib.

Hadisənin təfərrüatı araşdırılır (report).