Qaxda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

 10:42 14.09.2023     237

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az report-a istinadla xəbər verir ki, rayonun İngiloy Kötüklü kənd sakini, 1991-ci il təvəllüdlü Romani Rajoyeviç Okrocanaşvilinin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Qıpçaq kəndi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və ağaca çırpılıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 3 sərnişin xəsarət alıb.