Sahil bağında gənc qız bıçaqlandı, saxlanılan var

 17:26 15.09.2023     273

Bu gün Bakının mərkəzində yerləşən Sahil bağında gənc qız bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, naməlum şəxs mübahisə etdiyi qızı bıçaqlayaraq uzaqlaşıb.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev  bildirib ki, Səbail rayonu ərazisindəki Sahil parkında bir qadının kəsilmiş deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub: “Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Sadıq Sadıqov müəyyən olunaraq saxlanılıb. İlkin məlumata götə hadisə şəxsi münasibətlər zəminində baş verib. S.Sadıqov barədə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb.

Araşdırma aparılır”.