Bakıda qəza oldu, yolda sıxlıq yarandı

 19:00 15.09.2023     303

Bakıda qəza olub, yolda sıxlıq yaranıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Ziya Bünyadov prospekti, "Xutor" tunelinə giriş hissədə yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.