32 yaşlı kişi döyüldü, sonra başından bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əsgərov Əlyar Mirzə oğlu əvvəlcə döyülüb, sonra bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.
Fakt araşdırılır. (report)