Bakıda ofis binasında yanğın oldu

 21:04 16.09.2023     329

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli binanın (ofis kimi fəaliyyət göstərir) 3-cü mərtəbəsində sahəsi 60 m² olan konfrans zalının yanar konstruksiyaları, içərisində olan 2 ədəd kondisioner, 1 ədəd səs gücləndirici qurğu və 1 ədəd mikrofon yanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yüksək temperaturdan dəhlizin tavanı 5 m² sahədə və 1 ədəd kondisioner qarsalanıb.

"Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib.