Gəncədə minik maşını ağaca çırpıldı - FOTO

 23:11 16.09.2023     283

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə sonra isə ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

2