“07” ilə vurulan piyada öldü

 10:08 18.09.2023     572

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə şəhər mərkəzində qeydə alınıb.

“VAZ 2107” markalı minik avtomobili yolu keçmək istəyən Elçin Məmmədovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.