Geomaqnit qasırğası başlayıb

 14:24 18.09.2023     301

Bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından Redaktor.az-a verilən məlumata görə, geomaqnit sahəsinin 16 sentyabrda baş vermiş TKA-nın təsiri ilə 19 sentyabrda G3 (güclü) səviyyəsinə kimi yüksəlməsi ehtimalı var.

Geomaqnit sahəsinin 20 sentyabrda sakitləşəcəyi gözlənilir. 23 sentyabrda yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.

Vumart və Güvən reklamı Vumart Güvən