Qaxda iki avtomobil toqquşdu, xəsarət alanlar var

 21:28 18.09.2023     307

Qax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-İlisu avtomobil yolunun rayonun Qaxbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" və "QAZ-24" markalı avtomobillərin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Mirzəyev Vetxviya Çingiz oğlu və 1981-ci il təvəllüdlü Qulaşvili Mamuka Şota oğlu xəsarət alıblar.

Yaralılar Qax Rayonu Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.