Bakıda yol qəzası zamanı iki nəfər xəsarət aldı - FOTO

 23:20 18.09.2023     235

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, qəza Fətəli Xan Xoyski prospektində qeydə alınıb.

Belə ki, hadisədə "BMW" və "KIA" markalı minik avtomobilləri toqquşub.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Qəzada iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yaralıların müayinəsi aparılır.

Hər iki minik maşına ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.