Masallıda 25 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanıldı

 23:33 18.09.2023     371

Masallıda 25 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.