İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi oldu

 21:47 20.09.2023     345

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az "report"a istinadla xəbər verir ki, hadisə rayonun Hacıhətəmli kəndində qeydə alınıb.

Göyçay rayon sakini, 1967-ci il təvəllüdlü Həşimov Sahib Salman oğlu idarə etdiyi 90-XS-492 dövlət nömrə nişanlı "Chevrolite" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.