Bakıda avtobus “KamAZ”a çırpıldı, xəsarət alan var - FOTO

 23:21 20.09.2023     375

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, qəza şəhər şossesində qeydə alınıb.

Belə ki, idarəetməni itirən 40 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini “KamAZ” markalı yük avtomobilinə çırpıb. Hadisə zamanı avtobusda olan bir sərnişin xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Avtobus yararsız vəziyyətə düşüb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

2