Salamzadə küçəsində qəza oldu, sıxlıq yarandı

 13:14 22.09.2023     481

Bu gün Bakı şəhər Əbdülvahab Salamzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.

Yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub.

Sıxlığın aradan qaldırılması məqsədilə işlər aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən