Laçınla sərhəddə gözləyən "Spayka" "yardım" maşınları Ermənistana geri qayıdır

 14:24 24.09.2023     458

Uzun müddətdir, Laçınla sərhəddə gözləyən "Spayka" "yardım" maşınları Ermənistana geri qayıdır.

Redaktor.az xəbər verir ki, bununla bağlı görüntülər yayılıb.

Qeyd edək ki, Ermənistan Azərbaycanın razılığı olmadan bu il iyulun 26-da Qarabağda yaşayan erməni əhali üçün “Spayka" şirkətinə məxsus avtomobillərdə "yardım" göndərməyə cəhd edib.

Lakin avtomobillər Laçınla sərhəddən buraxılmayıb.

Nəhayət, avtomobil karvanı iki aylıq gözləmədən sonra bu gün Ermənistana geri qayıtmalı olub.

Azərbaycanın razılığı olmadan atlan bu addımın uğursuzluqla nəticələnəcəyi əvvəldən məlum idi. Çünki bu əməllərinin təxribatdan başqa bir şey olmadığı hər kəsə məlumdur.