Bakıda mənzildə YANĞIN

 19:25 24.09.2023     320

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası və 1,5 p.m mebel yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.