Gəncədə evə ildırım düşdü, yanğın baş verdi

 19:50 24.09.2023     391

Gəncədə evə ildırım düşüb, yanğın baş verib.

Redaktor.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Bununla yanaşı, park ərazisinə də ildırım düşüb. Nəticədə parkda olan şəxslərdən biri şok keçirib. O, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Qeyd edək ki, axşam saatlarından şəhər ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Qeyri-sabit hava şəraiti ətraf rayonlarda da davam edir (report).