Astarada torpaq sürüşməsi oldu

 13:59 25.09.2023     320

Astarada torpaq sürüşməsi baş verib.

Redaktor.az xəbər verir ki, Astarada yağan güclü yağışlar rayonun Şiyəkəran kəndində torpaq sürüşməsinə səbəb olub. 10-a yaxın ailənin istifadə etdiyi yolda çökmə baş verib. Əraziyə aidiyyəti orqanların nümayəndələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları yolda təhlükəsizlik tədbirlərinin görülməsi işlərinə başlayıblar. Əraziyə ağır texnika cəlb olunub. Hazırda Pensər çayının istiqaməti dəyişdirilir (apa).