Xankəndidə partlayışda xəsarət alanların sayı 200-ü ötdü

 23:55 25.09.2023     1250

Xankəndi-Əsgəran yolunda benzin anbarında baş vermiş partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə özünü "ombudsman" adlandıran Qeqam Stepanyan bildirib.

"Benzin çəninin partlaması nəticəsində xəsarət alanların sayı 200-ü ötür. Onların əksəriyyətinin vəziyyəti ağır və ya son dərəcə ağır qiymətləndirilir. Tibbi imkanlarımız xilas etmək üçün kifayət deyil. Təcili olaraq təcili aviasiyadan istifadə etmək lazımdır”, - deyə Stepanyan bildirib.

Qeyd edək ki, Azərbaycanın mərkəzi hakimiyyəti Xankəndidə yaralananlar üçün dərman ehtiyatı, ilkin yardım üçün avadanlıq və ləvazimatlarla təchiz edilmiş avtomobil yola salıb.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən