Nərimanovda zəncirvari qəza - xəsarət alanlar var

 09:08 26.09.2023     408

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, Ziya Bünyadov prospektində bir neçə avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Baxşıyev Elməddin Telman oğlu və daha bir nəfər  xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.