İki nəfərin üzərinə qaynar su töküldü - 21 yaşlı oğlan öldü
Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 40 yaşlı Fəqan Şirinov və 21 yaşlı Nahid Həsənovun üzərinə isti su tökülüb.
Baş prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, F.Şirinov almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, hadisə kağız istehsal edən müəssisədə baş verib.