Sabah bu ərazilərdə qazın verilişi DAYANDIRILACAQ

 19:31 26.09.2023     610

Sabah Biləsuvar rayonunun 11 kəndində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

Bu barədə Redaktor.az-a Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan daşıyıcı qaz xətlərində 27 sentyabr saat 10:00-dan başlayaraq işlər başa çatana qədər aparılan təmir-yoxlama və kipliyə sınaq işləri ilə əlaqədar rayonun Bağbanlar, Çinarlı, Aranlı, Çaylı, Günəşli, Ağayrı, İsmətli, Nəsimikənd, Nərimankənd, Səmədabad və Arazbarı kəndlərinə (ümumilikdə 5 222 nəfər abonent) təbii qazın verilişi dayandırılacaq.

Həmçinin sabah saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək, “Günəşli” QPS-dən qidalanan yeraltı orta təzyiqli qaz kəmərlərinin kipliyə sınaq edilməsi ilə əlaqədar Cəlilabad rayonunun Şiləvəngə, İnili, Şabanlı, Təklə, Babalı, Cəlayir, Qasımbəyli, Abışabad və Abazallı kəndlərinə (ümumilikdə 1 226 abonent) təbii qazın verilişində fasilə yaranacaq.

Abonentlərdən xahiş edilir ki, qeyd olunan yaşayış məntəqələrində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər.