Xırdalanda sərnişin taksidə öldü
![](https://img.redaktor.az/news/2023/09/photo_217263.jpg)
Ötən gecə Abşeron rayonunda taksidə ölüm hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, Atəş Babayevin idarə etdiyi "Kia Rio" markalı avtomobil Xırdalan şəhəri ərazisində hərəkətdə olarkən sərnişin 1973-cü il təvəllüdlü Araz Vasib oğlu Əsgərov qəfil ölüb.
Sürücünün bildirdiyinə görə, A.Əsgərov yolda kəskin ürək ağrılarının olduğunu deyib və bir neçə dəqiqə sonra vəfat edib.
Faktla bağlı araşdırma aparılır.