Göygöldə yük maşını aşdı, xəsarət alanlar var

 19:08 28.09.2023     428

Göygöl-Toğanalı-Kəlbəcər yolunda yük maşını aşıb, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, "KamAZ" markalı yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan sürücü və sərnişin xəstəxanaya çatdırılıb.

Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır (report).