Avtomobil 18 yaşlı qızı vurdu

 16:03 30.09.2023     341

Lənkəranda minik avtomobili 18 yaşlı qızı vurub.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, hadisə şəhərin Həzi Aslanov xiyabanında baş verib. Nəqliyyat vasitəsi yolu əks tərəfə keçmək istəyən Lənkəran rayonunun Şıxakəran kənd sakini 2005 - ci il təvəllüdlü Fatimə Kəramət qızı Quluzadəni vurub. Yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması və dəqiqləşdirilməmiş koma diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.