Qusarda avtomobil aşdı, ata və oğulu xəsarət aldı

 19:39 30.09.2023     394

Qusar rayonunun İmamqulu kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, “Qaz-53” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Qusar rayon sakinləri - 1970-ci il təvəllüdlü Osmanov Burzu Taciddin oğlu və 2005-ci il təvəllüdlü Osmanov Nəriman Burzu oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır (report).