Ağcabədidə ağır yol qəzası oldu, ölən və yaralananlar var - FOTO

 20:59 30.09.2023     414

Ağcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

32-BE-883 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı minik avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə "Lada Priora" işıq dirəyinə çırpılıb.

Qəza zamanı bir nəfər - Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov Orxan Salman oğlu həyatını itirib.

Onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Məmmədov Emin Raquf oğlu və digər iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

222